Ramil "Kocaelispor"da Rusiya vətəndaşı kimi çıxış edəcək

10:54 - 19 Yanvar 2024

"Kocaelispor" Ramil Şeydayevi I Liqa oyunları üçün sifariş edib.

Sportal.az Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rusiya vətəndaşı kimi sifariş olunub.

Artıq Ramil çempionat oyunlarında iştirak edə biləcək. 27 yaşlı forvardın lider "Eyüpspor"la matçda debüt edəcəyi gözlənilir.

Qeyd edək ki, "Kocaelispor" - "Eyüpspor" qarşılaşması sabah Bakı vaxtilə saat 20:00-da baş tutacaq.

Xəbər xətti