Sərtan Taşkın oynamadı, komandası "Trabzonspor"a uduzdu

11:11 - 19 Yanvar 2024

Türkiyə Kubokunda 5-ci turun oyunlarına yekun vurulub.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Sərtan Taşkının formasını geyindiyi "Manisa" səfərdə "Trabzonspor"un qonağı olub. Rəqibinə 1:3 hesabı ilə məğlub olan manisalılar turnirdə mübarizəni dayandırıb.

Sərtan Taşkın bu görüşün iştirakçısı olmayıb. 26 yaşlı sağ cinah müdafiəçisi qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

Xəbər xətti