"Səbail" "Portu"nun yetirməsini transfer etdi - RƏSMİ

12:39 - 19 Yanvar 2024

“Səbail” 2024-cü ildə ilk transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, Bayıl təmsilçisi son olaraq, Portuqaliyanın 2-ci divizion təmsilçisi “Mafra”da çıxış etmiş Madi Quetanı heyətinə qatıb.

“Portu”nun yetirməsi olan, karyerası ərzində “Farense”, “Çerno More” və “Vilafranquense” klublarının formasını geyinmiş 25 yaşlı cinah yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.

Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qorumuş Madi Queta həmçinin Qvineya-Bissau yığmasının üzvüdür.

Xəbər xətti