“Qəbələ” Misli Premyer Liqasının XIX turunun “Sumqayıt”la oyununun hazırlığına start verib.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” “Dalğa Arena”nın köməkçi meydançasında hazırlıq keçib. Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında baş tutan məşq prosesi toplu və topsuz çalışmalardan ibarət olub.
“Qəbələ” mövsümün ikinci yarısının ilk oyununa yanvarın 23-də çıxacaq. “Sumqayıt”la Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.
saytlarin hazirlanmasi