Ozan Can 90 dəqiqə oynadı, komandası evdə uduzdu

10:31 - 20 Yanvar 2024

Futbol üzrə Niderland I Divizionunda 22-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "De Qraafşap"i qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ozan Can da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

21 oyun keçirən "Eyndhoven" 30 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Xəbər xətti