"Kocaelispor" liderə qarşı: Ramil ehtiyatda

19:30 - 20 Yanvar 2024

Türkiyə I Liqasında 19-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" doğma meydanda lider "Eyüpspor"u qəbul edir.

Komandaların bu görüşdə meydana çıxacağı start heyətlər müəyyənləşib. Millimizin üzvü qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayacaq.

Qeyd edək ki, "Kocaelispor" - "Eyüpspor" matçı Bakı vaxtilə saat 20:00-da start götürəcək.

Xəbər xətti