Vüsal İsgəndərli oynadı, "Boluspor" qələbə qazandı

19:52 - 20 Yanvar 2024

Türkiyə I Liqasında 19-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" doğma meydanda "Bandırmaspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib.

Xallarını 26-ya yüksəldən "Boluspor" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbər xətti