Ramil izlədi, "Kocaelispor" Arda Turanın komandasını məğlub etdi

22:02 - 20 Yanvar 2024

Türkiyə I Liqasında 19-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" doğma meydanda Arda Turanın rəhbərlik etdiyi "Eyüpspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev bu matçda yeni komandasının heyətində debüt edə bilməyib. Millimizin üzvü görüşü ehtiyat oyunçular skamyasında izləyib.

Xallarını 36-ya yüksəkdən "Kocaelispor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Yaşıl-qaralar" lider "Eyüpspor"dan 9 xal geri qalır.

Xəbər xətti