Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" doğma meydanda "Ankaragücü"nü qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Şahruddin də bu görüşün iştirakçısı olub. Millimizin üzvü matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
21 turdan sonra 30 xal toplayan "Adana Demirspor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi