“Qəbələ”nin mərkəz müdafiəçisi Lukas Afriko Portuqaliyanın "A Bola" nəşrinə müsahibə verib.
Sportal.az braziliyalı futbolçunun müsahibəsini diqqətinizə çatdırır:
- Burda Portuqaliyada soyuqdan gileylənirik. Azərbaycanda, Qəbələdə danışdığımız vaxt neçə dərəcə soyuq var?
- Mənfi bir, soyuqdur.
- Düşünürəm ki, bu, ən böyük problemlərdən biri olub. Başqa nə ilə qarşılaşdınız?
- Bəli, soyuq da onlardan biridir. Amma sosial həyat da belədir. Portuqaliyada asan idi. Bir mənada Braziliyaya bənzəyir, eyni dili paylaşırıq, insanlar arasında əlaqələr yaratmaq asandır. Azərbaycanda mədəniyyət fərqlidir, müəyyən çətinliklər yaşadım. Amma burada oynayan və evimə yaxın olan bəzi braziliyalılarla görüşməyim işimi bir az asanlaşdırdı. Amma bu yeni təcrübədən həzz alıram və bundan maksimum yararlanmaq istəyirəm.
- Ən çox nə üçün darıxırsan?
- Sosial həyatım, dostlarla olmaq, onlara daha yaxın olmaq, daha qısa səfərlərə imkan verən bir yerdə olmaq. Burada rəqabətin səviyyəsi məni müsbət mənada təəccübləndirdi. Yaxşı komandalar və oyunçular var. Beş ilimi Portuqaliyada keçirdim, Avropa futboluna öyrəşmişəm. Azərbaycan da Avropadan geri qalmayıb, səviyyə yaxşıdır.
- İndi Klesio Baukla birlikdə olacaqsınız.
- O, hələ Afrika Millətlər Kubokundadır.
- “Qəbələ”də “Braqa”nın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Qarabağ”la artıq iki dəfə üz-üzə gəlib. Onlara qol da vurmusan...
- Bəli vurmuşam. "Qarabağ" ölkənin ən böyük komandasıdır. Çox yaxşı oyunçuları var. Bəziləri Juninyo, Riçard Almeyda və Julio Romao Portuqaliyada çıxış ediblər. Onlar "Braqa"nı yaxşı tanıyırlar.
- “Qarabağ”ın güclü tərəfləri nələrdir?
- Onların yaxşı baş məşqçisi və çox yaxşı oyunçuları var. Çox sürətli və çox adamla hücuma keçirlər. Həm də müdafiə olunmağ yaxşı bilirlər, çox aqressivdirlər.
Bəs Portuqaliyada oynamış bu futbolçularla danışırsınız?
- Bəli, mənim Juninyo və Riçarla möhkəm dostluğum var, bir neçə dəfə görüşdük və nahar etdik. "Braqa" ilə oynayacaqlarını biləndə çox sevindilər. Çətinliklərlə qarşılaşacaqlarının fərqindədirlər, lakin Portuqaliya həmişə xoş xatirələr gətirir.
- Nə vaxta qədər müqaviləniz var?
- İyun ayına qədər.
- Portuqaliyaya qayıtmaq istərdinizmi?
- Gələcək Allaha məxsusdur. O fürsət gəlsə, yaxşı təkliflər olsa, təbii ki, bu haqda düşünəcəm, hazır olacam. Mənim Portuqaliyaya böyük sevgim var, ölkəni və Liqanı yaxşı tanıyıram. Bunlar qərar vermək üçün təhlil etməyiniz lazım olmayan amillərdir.
saytlarin hazirlanmasi