Ozan Can 90 dəqiqə oynadı, komandası uduzdu

09:52 - 23 Yanvar 2024

Futbol üzrə Niderland I Divizionunda 23-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" səfərdə "Roda"nın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ozan Can da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 61-ci dəqiqədə sarı vərəqə görüb.

22 oyun keçirən "Eyndhoven" 30 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Xəbər xətti