"Kocaelispor"un baş məşqçisindən Ramil Şeydayev açıqlaması

19:59 - 24 Yanvar 2024

"Kocaelispor"un baş məşqçisi Ertuğrul Sağlam komandanın yeni transferləri Duhan Aksu və Ramil Şeydayev haqda danışıb.

Sportal.az xəbər verir ki, yerli mətbuata açıqlama verən 54 yaşlı mütəxəssis hər iki futbolçunun hələ tam hazır olmadıqlarını bildirib:

"Duhan Aksu və Ramil Şeydayevin fiziki çəhətdən bir az əskiklikləri var. Duhan nisbətən daha geridədir. Amma bunları yavaş-yavaş aradan qaldıracaqlar. Komandanın istirahət günündə də məşq ediblər. İnşallah, onlar ən qısa zamanda komandanın içinə girib getdiyimiz yolda bizə dəstək olacaqlar".

Qeyd edək ki, Ramil Şeydayev "Kocaelispor"la 1,5 illik müqavilə imzalayıb.

Xəbər xətti