Ramil Şeydayev üçün debüt şansı

11:30 - 28 Yanvar 2024

Futbol üzrə Türkiyə I Liqasında 20-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" bu gün səfərdə "Altay"ın qonağı olacaq. Qarşılaşma Bakı vaxtilə saat 20:00-da start götürəcək.

Millimizin hücumçusu bu matçda yeni komandasının heyətində debüt edə bilər.

Qeyd edək ki, Ramil Şeydayev bir neçə gün əvvəl "Kocaelispor"la 1,5 illik müqavilə imzalayıb.

Xəbər xətti