Coşqun Diniyev oynadı, komandası heç-heçə etdi

18:57 - 28 Yanvar 2024

Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyəspor" doğma meydanda "Sakaryaspor"u qəbul edib.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. 28 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 83-cü dəqiqədə əvəzlənib. 

"Ümraniyəspor" 26 xalla 10-cu pillədədir. 

Xəbər xətti