Ramil Şeydayev "Kocaelispor"un start heyətində

19:08 - 28 Yanvar 2024

Türkiyə `1-ci Liqasında 20-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" İzmirdə "Altay"ın qonağıdır.

Komandaların matçda meydana çıxacağı start heyətlər müəyyənləşib. Ramil görüşə ilk "11-lik"də başlayacaq. Bununla da millimizin üzvü yeni klubunda debüt edir.

Qeyd edək ki, "Altay" - "Kocaelispor" qarşılaşması Bakı vaxtilə saat 20:00-da başlayacaq.

Xəbər xətti