Ramil "Kocaelispor"da debüt etdi, komandası qələbə qazandı

21:58 - 28 Yanvar 2024

Türkiyə 1-ci Liqasında 20-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" səfərdə "Altay"ın qonağı olub. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard matça start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib. O, 40-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

20 turdan sonra 39 xal toplayan "Kocaelispor" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti