"Qəbələ" İdman Klubu baş menecer Nail Kərimovla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Rəsmi məlumatda onun öz istəyi ilə klubdan getdiyi bildirilib.
2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən klubda çalışıb. O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.
saytlarin hazirlanmasi