Şahin Diniyev: "Komanda düz yoldadır"

17:20 - 30 Yanvar 2024

"Səbail" Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Zirə"yə 1:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Dramatik oyun oldu. Kuboka layiq futbol getdi. Hər iki komanda qələbəyə layiq idi. Optimal heyəti tapmaq üçün neçə oyundur çətinlik çəkirdik. Bu gün tapdıq optimal heyəti. Hələ heç nə bitməyib. Birinci hissə qutardı, ikinci yarı Zirədə olacaq. Komanda ikinci hissədə yaxşı oynadı. İndiyə qədər hücumda bu qədər fəal oynamırdıq. Stabil heyətin tapılmaması oyunumuza təsir edirdi. Fasilədən sonra hücumda idik. Bəsit qollar buraxırıq, məni narahat edir. Gələcəyə nikbin baxmaq üçün nəsə var. Komanda düz yoldadır. Daha yaxşı olacağıq. Davamı Zirədə olacaq. Çalışacağıq ki, əvəzini çıxaq. Rəqibə çempionatda uğurlar arzulayıram.

- Səfər qolunun ləğvi şansınızı artırır?

- Bəli. Bir qol oyunun taleyini həll edib, uzatmalara apara bilər. Çox da şanssız deyilik. Şansımız daha çoxdur. İkinci yarıdakı oyunumuz cavab matçına nikbin baxmağa imkan verir.

- Sanki komandanın motivasiyası aşağı idi. Bu, nə ilə əlaqədardır?

- Bəzi səhvlər etdim. Amma bu, mənim üçün vacib idi. Gələcək oyunlara fokuslanmaq üçün lazım idi. Amma harada səhv etdiyimi deməyəcəm. Bu oyun, səhv bizə çox şey verəcək. Oyunumuzu, heyətimizi tapmaq üçün bizə vacib idi. Limit var. Masike və Ketanı meydanda görməliydim. İlk dəqiqələrdən onların performansını görməliydim. Anas Najahı sağ cinaha atdıq. Düz deyildi. Amma etməliydik.

Mirbağırağa

Xəbər xətti