“Qəbələ”də yeni məşqçi təyinatı gerçəkləşib.
Sportal.az xəbər verir ki, Rakif Əliyev “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Əliyev komandada məşqçi-analitik kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, əvvəllər "Qəbələ"nin akademiyasında da fəaliyyət göstərmiş mütəxəssisin son iş yeri baş məşqçi kimi çalışdığı “Qarabağ”ın U-15 komandası olub.
saytlarin hazirlanmasi