"Hatayspor" - "Fatih Karagümrük" Renat ehtiyatda

17:52 - 2 Fevral 2024

Türkiyə Super Liqasında 24-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında "Fatih Karagümrük"ü qəbul edir.

Komandaların meydana çıxacağı start heyətlər müəyyənləşib. Millimizin üzvü bu görüşə ehtiyat oyunçular skamyasında başlayacaq.

Qeyd edək ki, "Hatayspor" - "Fatih Karagümrük" qarşılaşması Bakı vaxtilə saat 18:00-da start götürəcək.

Xəbər xətti