Məmmədov Polşa klubunda növbəti oyununa çıxdı

21:18 - 2 Fevral 2024

Azərbaycan milli komandasının üzvü Rahil Məmmədov "LKS Lodz" klubunda növbəti matçını keçirib. 

Sportal.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Şimali Makedoniyanın "Struqa" klubuna qarşı keçirilmiş yoxlama görüşündə iştirak edib.

Meydana start heyətində çıxan Rahil 75-ci dəqiqədə əvəzlənib. Qarşılaşma "LKS Lodz"un 4:3 hesablı qələbəsi ilə başa çatıb..

"LKS Lodz" Polşa çempionatında 18 turdan sonra 10 xalla sonuncu pillədədir. 

Xəbər xətti