Ozan Can oynadı, komandası səfərdə heç-heçə etdi

10:50 - 3 Fevral 2024

Futbol üzrə Niderland I Divizionunda 24-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" səfərdə "Emmen"nın qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Ozan Can da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 89-cu dəqiqədə əvəzlənib.

24 oyun keçirən "Eyndhoven" 31 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbər xətti