"Boluspor" Ankara səfərində: Vüsal start heyətdə

13:58 - 3 Fevral 2024

Türkiyə I Liqasında 21-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" səfərdə "Ankara Keçiörengücü"nün qonağıdır.

Komandaların bu oyunda meydana çıxacağı start heyətlər müəyyənləşib. Vüsal qarşılaşmaya start heyətdə başlayacaq.

Qeyd edək ki, "Ankara Keçiörengücü" - "Boluspor" matçı Bakı vaxtilə saat 14:30-da start götürəcək.

Xəbər xətti