"Kocaelispor" - "Adanaspor" Ramil start heyətdə

16:02 - 3 Fevral 2024

Türkiyə `1-ci Liqasında 21-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" doğma meydanda "Adanaspor"u qəbul edir.

Komandaların matçda meydana çıxacağı start heyətlər müəyyənləşib. Ramil görüşə ilk "11-lik"də başlayacaq.

Qeyd edək ki, "Kocaelispor" - "Adanaspor" qarşılaşması Bakı vaxtilə saat 17:00-da başlayacaq.

Xəbər xətti