Türkiyə 1-ci liqasında 21-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyəspor" doğma meydanda "Bodrum"u qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Coşqun bu görüşün iştirakçısı olmayıb. 28 yaşlı yarımmüdafiəçinin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
21 turdan sonra 24 xal toplayan "Ümraniyespor" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi