Musa Qurbanlı oynadı, "Yurqorden" məğlub oldu

20:34 - 10 Fevral 2024

Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" yeni mövsümün hazırlığı çərçivəsində yoxlama oyunu keçirib.

Sportal.az xəbər verir ki, İsveç təmsilçisi Norveçin "Vikinq" klubu üz-üzə gəlib. Qarşılaşma "Yurqorden"in 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Musa Qurbanlı da bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 46-cı dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.

Xəbər xətti