Skautlar "Qarabağ"ın bir neçə futbolçusunu bəyənib - Avropa klublarına baxışa gedəcəklər 

18:53 - 11 Fevral 2024

Belarusda "Bizim gələcəyimiz" turnirində iştirak edən "Qarabağ"ın 15 yaşadək futbolçularından ibarət komandası 5-ci yeri tutub. 

Turnirdə sərgilədiyi oyunla diqqət çəkən "Qarabağ"ın bir neçə futbolçusu skautlar tərəfindən bəyənilib. Sportal.az saytına açıqlamasında bu məlumatı "Qarabağ" Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev də təsdiqləyib:

"Bu turniri həm canlı, həm də müxtəlif platformalar vasitəsi ilə xeyli sayda skaut izləyib. Sevindirici haldır ki, bizim bir neçə futbolçumuza maraq yaranıb. Xüsusən, "Qarabağ"ın oyun üslubu, sərgilədiyi tərz də mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Bəyənilən futbolçulara gəlincə, bizimlə əlaqə saxlayacaqlar və onları Avropa klublarına baxışa göndərəcəyik".

Xəbər xətti