Əliyar Ağayev Yunanıstan nəhənglərinin oyununu idarə etdi

11:08 - 12 Fevral 2024

Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan Super Liqasının 22-ci turunun PAOK - AEK matçını idarə edib.

Sportal.az xəbər verir ki, turun mərkəzi qarşılaşması 1:1 hesablı bərabərliklə başa çatıb.

Əliyar Ağayev bu görüşdə 5 sarı vərəqə göstərib. FIFA referisi meydan sahiblərini 2, qonaqları isə 3 dəfə cəzalandırıb.

22 turdan sonra 51 xal toplayan PAOK çempionatın lideridir. 49 xalı olan AEK isə 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti