PSJ Mbappeyə əvəzləyici tapdı

16:16 - 12 Fevral 2024

Kilian Mbappe mövsümün sonunda komandanı tərk edəcəyi təqdirdə PSJ onun yerinə oyunçu axtarışlarını davam etdirir.

Sportal.az xəbər verir ki, paris təmsilçisinin əsas hədəfi "Bavariya"da çıxış edən Serji Qnabridir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Fransa klubu Almaniya millisinin üzvü üçün "Bavariya"ya təklif göndərəcək.

Qeyd edək ki. Serji Qnabri bu mövsüm "Bavariya"nın heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti