Türkiyə 1-ci Liqasında 23-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" doğma meydanda "Şanlıurfaspor"u qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard 46-cı dəqiqədə meydana daxil olub.
21 turdan sonra 43 xal toplayan "Kocaelispor" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi