"Braqa"nın Bakı səfərinin proqramı bəlli oldu

10:47 - 20 Fevral 2024

Portuqaliyanın "Braqa" klubunun Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyun üçün səfər proqramı (ilk oyun 2:4) bəlli olub.

Sportal.az xəbər verir ki, Artur Jorjenin rəhbərlik etdiyi kollektiv bu gün axşam saatlarında Bakıya uçacaq.

Sabah isə "Braqa" Bakıda yeganə məşqini keçirəcək. Portuqaliya klubunu Bakıda 100-ə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir.

Qeyd edək ki, “Qarabağ" - "Braqa" cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.

Xəbər xətti