"Neftçi"nin sabiq prezidenti Konfrans Liqası matçına təyinat aldı

16:30 - 20 Fevral 2024

"Neftçi"nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan növbəti dəfə təyinat alıb.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Polşada "Legiya" və Norveçin "Molde" komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.

Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti olub.

Xəbər xətti