"Arsenal" İngiltərə millisinin üzvünü transfer etmək istəyir

16:55 - 20 Fevral 2024

Premyer Liqada çempionluq mübarizəsi aparan "Arsenal" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, London təmsilçisi "Aston Villa"da çıxış edən Olli Uotkinsin xidmətində maraqlıdır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Topçular" mövsümün sonunda 28 yaşlı forvard üçün Birmingem təmsilçisinə rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Aston Villa" Olli Uotkinsi 2020-ci ilin yayında "Brentford"dan transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqada meydana çıxdığı25 matçda 13 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti