"Braqa"nın futbolçusu Simon Banza Avropa Pley-off mərhələsinin "Qarabağ"la cavab matçından öncə mətbuat konfransında iştirak edib.
Sportal.az konqolu hücumçunun fikirlərini diqqətinizə çatdırır:
- İlk oyunda "Qarabağ"a məğlub olmuşuq. Təbii ki, onlar yaxşı komandadır. Amma biz çox istəkli, motivasiyalıyıq. Yaxşı oyun nümayiş etdirib növbəti mərhələyə çıxmaq istəyirik.
- Rikardo Orta sabah oynamayacaq, əvəzində Bruma qayıdıb. Bu durumu necə şərh edərdiniz?
- Brumanın qayıtması komanda üçün sevindiricidir. O, həm yaxşı, həm də fərqli oyunçudur. Qol vurmağı, asist etməyi bacarır. Orta da, Bruma da yaxşı oyunçulardır. Ümid edirəm ki, sabah Bruma mənim üçün asist edəcək.
- Rəhbərlik bu oyunda komandadan qələbə tələb edib. Bu siz futbolçulara necə təsir edəcək?
- Baxır kim necə görür. Biz bunu motivasiya kimi dəyərləndiririk. Hər oyuna qələbə üçün çıxırıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi