"Kocaelispor" Ankara səfərində: Ramil ehtiyatda

13:33 - 25 Fevral 2024

Futbol üzrə Türkiyə I Liqasında 24-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" Ankarada "Keçiörengücü"nün qonağı olacaq.

Komandaların bu görüşdə meydana çıxacağı heyətlər müəyyənləşib. Ramil matça ehtiyat oyunçular skamyasında başlayacaq.

Qeyd edək ki, "Keçiörengücü" - "Kocaelispor" qarşılaşması Bakı vaxtilə saat 14:30-da start götürəcək.

Xəbər xətti