Vüsal İsgəndərli oynadı, "Boluspor" qələbə qazandı

18:08 - 25 Fevral 2024

Türkiyə I Liqasında 24-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" doğma meydanda "Erzurum"la üz-üzə gəlib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 46-cı dəqiqədə əvəzlənib.

Xallarını 39-a yüksəldən "Boluspor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti