Sərtan Taşkın "qırmızı" gördü, komandası heç-heçə etdi

23:34 - 25 Fevral 2024

Türkiyə I Liqasında 24-cü tura start verilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Sərtan Taşkının formasını geyindiyi "Manisa" doğma meydanda "Gənclərbirliyi" ilə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Sərtan da bu görüşün iştirakçısı olub. 26 yaşlı sağ cinah müdafiəçisi oyuna start heyətdə başlayıb. O, 75-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

24 turdan sonra 28 xal "Manisa" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Xəbər xətti