Azərbaycanlı futbolçunun xarici kluba keçidi baş tutmadı

14:19 - 29 Fevral 2024

Azərbaycan milli komandasının sabiq üzvü Elvin Yunuszadənin Kosovonun “Fuşe Kosovo” klubuna keçidi baş tutmayıb.

Bu barədə müdafiəçi özü Sportal.az saytına məlumat verib.

Belə ki, o, viza ala bilmədiyi üçün geri qayıdıb. Bir neçə gün İstanbulda olan və “Fuşe Kosovo”nun düşərgəsinə qatılmaq üçün Albaniyaya getməyi planlaşdıran Yunuszadə istəyinə çatmayıb.

Sənəd məsələlərini yoluna qoya bilməyincə, onun “Fuşe Kosovo” klubuna keçəcəyi baş tutmayıb. Artıq millimizin sabiq üzvü Bakıya qayıdıb.

Xəbər xətti