AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, bu gün baş tutan iclasda I Liqanın XVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
29.02.2024-cü il tarixində I Liqada XVI turun “İmişli” – “Karvan” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “İmişli” klubu 50 manat cərimə edilir (maddə 70.1);
29.02.2024-cü il tarixində I Liqada XVI turun “İmişli” – “Karvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 51.2);
29.02.2024-cü il tarixində I Liqada XVI turun “İmişli” – “Karvan” oyununda “Karvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” klubu 70 manat cərimə edilir (maddə 37);
29.02.2024-cü il tarixində I Liqada XVI turun “İmişli” – “Karvan” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 74.1);
29.02.2024-cü il tarixində I Liqada XVI turun “Araz Saatlı” – “Qaradağ Lökbatan” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Araz Saatlı” klubu 80 manat cərimə edilir (maddə 74.1);
saytlarin hazirlanmasi