Coşqun Diniyev oynadı, "Ümraniyespor" qələbə qazandı

23:50 - 1 Mart 2024

Türkiyədə birinci liqanın 25-ci turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyespor” doğma meydanda “Altay”la qarşılaşıb.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Diniyev 63-cü dəqiqədə meydana daxil olub. Hazırda "Ümraniyespor" 30 xalla 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti