"Qarabağ" - "Bayer" matçına satılan biletlərin sayı açıqlandı

14:33 - 2 Mart 2024

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” - “Bayer” oyununa bilet satışı davam edir.

Sportal.az xəbər verir ki, artıq qarşılaşma üçün 27 min bilet satılıb. Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Satışda məhdud sayda bilet qalıb.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılır.

Qeyd edək ki, "Qarabağ" - "Bayer" görüşü 7 mart tarixində saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti