Rusiyanın "Spartak" klubu Bakıda "Neftçi" ilə yoldaşlıq görüşü keçirəcək.
Sportal.az xəbər verir ki, Moskva təmsilçisinin Azərbaycana gələcəyi heyət müəyyənləşib. Baş məşqçi Gilyermo Abaskal ölkəmizə 18 futbolçu gətirəcək:
Qapıçılar: İlya Svinov, Aleksandr Selixov, İlya Tixomirov;
Müdafiəçilər: Daniil Denisov, Georgi Cikia, Leon Klassen, Pavel Maslov, Tomas Tavares, Nikita Çernov, Dmitri İvannikov;
Yarımmüdafiəçilər: Teo Bonqonda, Mixail İqnatov, Ruslan Litvinov, Eqor Qulyayev, Maksim Nikiforov, Anton Roşçin, İvan Starkov;
Hücumçular: Alexander Sobolev
Qeyd edək ki, "Neftçi" - "Spartak" qarşılaşması mmartın 23-də, saat 18:00-da "Neftçi Arsena"da keçiriləcək.
saytlarin hazirlanmasi