“Səbail” Misli Premyer Liqasının 2023/2024-cü illər mövsümün başlanması ilə yeni layihəyə start verib.
Sportal.az xəbər verir ki, cari mövsümdə klubun keçirdiyi hər ev oyunu ölkəmizin tarixi, görkəmli şəxsiyyətləri, mədəniyyət və incəsənəti ilə bağlı əlamətdar günlərə, həmçinin beynəlxalq səviyyədə qeyd olunan müəyyən tədbirlərə həsr olunmaqdadır.
Bu gün “ASCO Arena”da keçiriləcək “Səbail” - “Turan Tovuz” oyunu 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunacaq. Qarşılaşma saat 16:30-da start götürəcək.
saytlarin hazirlanmasi