Lider Göygöldən 3 xalla dönür - VİDEO

20:49 - 9 Aprel 2024

Futbol üzrə Azərbaycan II Liqasında XX turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Göygöl" öz meydanında lider "Baku Sportinq"i qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 46-ya yüksəldən "Baku Sportinq" liderliyini davam etdirir. 29 xalı olan "Göygöl" isə 8-ci yerdədir.

"Göygöl" - "Baku Sportinq" 0:2
Qollar: 
Comərd Baxşəliyev, 27 (pen), Hikmət Verdiyev, 30 (avtoqol)
Qırmızı vərəqə: Çingiz Məmmədov ("Göygöl")

Xəbər xətti