"Mançester Yunayted" "Yuventus"un futbolçusu ilə danışıqlara başladı

17:08 - 12 Aprel 2024

"Yuventus"un futbolçusu Adrien Rabyo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Nyukasl" yayda İtaliya klubu ilə müqaviləsi başa çatan 29 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

Hər iki klub mövsümün sonunda azad agent statusunda olacaq təcrübəli oyunçunun heyətinə qatmaqda maraqlıdır. Premyer Liqa təmsilçiləri artıq futbolçu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Adrien Rabyo 2019-cu ilin yayından "Yuventus"da çıxış edir. Fransa millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.

Xəbər xətti