"Qəbələ" legioneri ilə yollarını ayırdı - RƏSMİ

12:57 - 19 Aprel 2024

“Qəbələ” israilli futbolçu Feras Abu Akalla yollarını ayırıb.

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2022-ci ilin iyulundan komandada çıxış edən legioner “qırmızı-qara” formada keçirdiyi 47 matçda 3 qol vurub. Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.

Xəbər xətti