Türkiyə klubu Azərbaycan millisinin daha bir üzvünü istəyir

12:18 - 21 Aprel 2024

Azərbaycan milli komandasının müdafiəçisi Bəxtiyar Həsənalızadə yeni mövsümə yeni komandada başlaya bilər. 

Sportal.az saytına verilən məlumata görə, Türkiyə Birinci Liqasında yarışan “Ümraniyspor” Həsənalızadəni yayda transfer etməyi planlaşdırır.

Onunla bir illik müqavilə imzalanması mümkündür. Millimizin üzvü üçün yeganə təklif "Ümraniyespor"dan gəlməyib.

Azərbaycan Premyer Liqasındakı klubların da maraq dairəsində olan Həsənaləzadənin yeni sezona harada başlayacağı mövsüm başa çatdıqdan sonra konkretləşəcək. 

Yeri gəlmişkən, onun hazırkı komandası "Tuzlaspor" da müdafiəçi ilə müqavilə müddətini artırmağı planlaşdırır.

Qeyd edək ki, "Ümraniyespor"da Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev forma geyinir.

Xəbər xətti