Almaniyada keçiriləcək Avropa çempionatını idarə edəcək hakimlər müəyyənləşib.
Sportakl.az xəbər verir ki, turnirdə 18 referi ədaləti qoruyacaq. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Avro-2024-ə təyinat alan hakimlər son mövsümdə hər öl ölkəsinin çempionatında, həm də avrokuboklarda göstərdikləri performansa əsasın seçilib.
Artur Soareş Diaş (Portuqaliya)
Xesus Gil Manzano (İspaniya)
Marko Quida, Daniele Orsato (hər ikisi İtaliya)
İştvan Kovaç (Rumıniya)
İvan Kruzliak (Slovakiya)
Fransua Leteksye, Klement Turpin (hər ikisi Fransa)
Danni Makkeli (Niderland)
Şimon Marçinyak (Polşa)
Halil Umut Meler (Türkiyə)
Qlenn Nuberq (İsveç)
Maykl Oliver, Entoni Teylor (hər ikisi İngiltərə)
Sandro Şerer (İsveçrə)
Daniel Siebert, Felik Tsvayer (hər ikisi Almaniya)
Slavko Vinçiç (Sloveniya).