"Səbail" Azərbaycan Premyer Liqasının 32-ci turunda səfərdə "Sabah"a 0:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Rəqib qapıçı Yusif İmanovu təbrik edirəm. Oyunun qalibi o idi. Yüz faizli 5 qol imkanından istifadə edə bilmədik və 2 yarım epizoddan qol buraxdıq. Komandama təşəkkür edirəm. Çox yaxşı komandamız var. Oyunumuzdan zövq aldım.
- Demək olar ki, "Səbail" avrokuboklar mübarizəsindən qopdu?
- Deməzdim. Həm birimiz öz aramızda oynayırıq. 12 xal var qarşıda. Mübarizədən qopsaq belə, bu, heç nəyi həll etmir. Yeni komandayıq. Avrokuboklara getməmək dünyanın sonu deyil.
- Yusif İmanovu təbrik etdiniz. Bəlkə bir az da öz hücumçularınızı qınayasız?
- Bəli, daha yaxşı vura bilərdilər. Amma qapıçının çıxışı möhtəşəm idi. Qol epizodlarını yaradan da bu komandadır.
- Sərəncamınızda Yusif kimi qapıçı girmək istəyərsiz?
- Mənim qapıçılarım var, onlardan razıyam. Sadəcə bugünkü oyunun qəhrəmanı Yusif idi. Onun da zəif oyunları olub. "Sabah"ın qələbəsinə kölgə salmaq istəmirəm. Yarım epizoddan qol vura bildilər. Bu da məşqçinin və futbolçuların əməyidir.
- Qələbə qazanmaq üçün nə çatmır?
- Futbolda stabil heyət, stabil oyun, stabil nəticə. Futbol bunların üzərində qurulub. Üçündan biri olmayanda nəticəni ala bilmirsən. 7 ayın komandasıyıq. Bu gün ötənilki heyətdən bir nəfər belə meydanda yox idi. Zamana ehtiyac var.
Elçin Əlixan
saytlarin hazirlanmasi