Belçika milli komandasının qapıçısı Tibo Kurtua Avropa çempionatında iştirak etməyəcək.
Sportal.az xəbər verir ki, yerli mətbuata danışan yığmanın baş məşqçisi Domenike Tedesko "Real"ın qolkiperini zədə səbəbindən heyətə daxil etməyəcəyini bildirib:
"Bu mövzu ilə bağlı daha əvvəl də açıqlama vermişəm. Zədəli olmayan və yaxşı formada olan oyunçulara köklənmişik".
Qeyd edək ki, Tibo Kurtua mövsümün əvvəlində diz çarpaz bağları qopduğu üçün uzun müddət yaşıl meydanlardan uzaq qalmışdı. 31 yaşlı qapıçı mart ayında bərpa prosesində olarkən yenidən zədələnib. O, cari mövsümdə rəsmi matçlarda iştirak etməyib.
saytlarin hazirlanmasi